İdman

İliya Topuriya ilə bağlı pis xəbər: Hər iki göz yuvasında sınıq aşkarlandı

17 Jun 2026, 00:24 2 baxış
İliya Topuriya ilə bağlı pis xəbər: Hər iki göz yuvasında sınıq aşkarlandı
UFC-nin yüngül çəkidə keçmiş çempionu, ispaniyalı-gürcü döyüşçü İliya Topuriyaya amerikalı Castin Qeyci ilə keçirdiyi döyüşdən sonra hər iki göz yuvasının (orbital sümüyün) yerdəyişməsiz sınığı diaqnozu qoyulub. Oxu.Az xəbər verir ki, bu barədə ABC portalı öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, sınıqlar yerdəyişmə olmadan baş verdiyi üçün Topuriyanın təcili cərrahi əməliyyata ehtiyacı yoxdur. Həkimlər döyüşçüyə bir neçə ay istirahət etməyi, mütəmadi tibbi nəzarətdə olmağı və məşqlərə mərhələli şəkildə bərpa etməyi tövsiyə ediblər. Bu səbəbdən İliya Topuriyanın 2027-ci ildən əvvəl oktaqona qayıtmasının gözlənilmədiyi qeyd olunur. Xatırladaq ki, Topuriya ilə Castin Qeyci arasında döyüş iyunun 15-də Vaşinqtonda keçirilən "UFC White House - Freedom 250" turniri çərçivəsində baş tutub və amerikalı döyüşçünün texniki nokautla qələbəsi ilə yekunlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər