Ronaldo DÇ öncəsi azarkeşlərə səsləndi
Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo DÇ-2026 öncəsi paylaşım edib.
Axar.az xəbər verir ki, 41 yaşlı hücumçu sosial şəbəkə hesabında komanda ilə fotolarını yayımlayıb.
Ronaldo paylaşımında azarkeşləri Portuqaliya millisinə inanmağa çağırıb:
“Bu formanı hər geyinəndə ilk gündəki qüruru, eyni məsuliyyəti hiss edirik. Sabah yeni səhifə başlayır. Bu ana çatmaq üçün çox çalışmışıq. İndi ölkəmiz və bizi burada, eləcə də dünyanın hər yerində dəstəkləyən bütün portuqaliyalılar üçün hər şeyimizi verməyin vaxtıdır. Bizə inanın, necə ki, biz inanırıq".
Qeyd edək ki, bu, Kristiano Ronaldonun karyerasında 6-cı dünya çempionatı olacaq. Portuqaliya millisi mundialdakı ilk oyununu iyunun 17-də Demokratik Konqo Respublikasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.