İdman

DÇ-2026: İlk oyunda qovulan baş məşqçinin yerinə o gəldi

16 Jun 2026, 11:00 2 baxış
DÇ-2026: İlk oyunda qovulan baş məşqçinin yerinə o gəldi

DÇ-2026-da mübarizə aparan Tunis yığmasının yeni baş məşqçisi müəyyənləşib.


Axar.az xəbər verir ki, məlumatı Tunis Futbol Federasiyası yayıb.


Bildirilib ki, komanda fransalı mütəxəssis Erve Renara tapşırılıb.


O, bu postda DÇ-2026-nın qrup mərhələsinin ilk oyununda İsveçə məğlubiyyətdən (1:5) dərhal sonra istefaya göndərilən Sabri Lyamuşini əvəzləyib.


E.Renar daha əvvəl Səudiyyə Ərəbistanı, həmçinin Fransanın qadınlardan ibarət millilərini də çalışdırıb.


Qeyd edək ki, F qrupunda yer alan Tunis növbəti matçını iyunun 21-də Yaponiya yığmasına qarşı keçirəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər