İdman
"Zirə"nin Avropa həyəcanı başlayır: Rəqib bu gün bəlli olacaq
"Zirə" klubunun UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün I təsnifat mərhələsində qarşılaşacağı rəqibin adına bu gün aydınlıq gələcək. Oxu.Az xəbər verir ki, maraqla gözlənilən püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında saat 20:00-da keçiriləcək Püşkatmaya səpələnmişlər səbətindən qatılacaq Azərbaycan təmsilçisinin sözügedən raundda üz-üzə gələ biləcəyi potensial rəqiblərin ilkin siyahısı isə aşağıdakı kimidir: "Torpedo" (Gürcüstan), "Velej" (Bosniya və Herseqovina), "Virtus" (San Marino), "Liepaya" (Latviya), "İlves" (Finlandiya), "Konnas-Ki Nomads" (Uels), "Bohemians" (İrlandiya), "Styarnan" (İslandiya), "Europa" (Cəbəllütariq), "İnter" (Turku, Finlandiya), "Malişeva" (Kosovo), "Yelimay" (Qazaxıstan), "Dinamo Siti" (Albaniya), "UNA Strassen" (Lüksemburq), "Heqelmann" (Litva), "Peynbont" (Uels), NSİ (Farer adaları), "Sileks" (Şimali Makedoniya), "Mornar" (Monteneqro), "Qlentoran" (Şimali İrlandiya), "Marsaxlokk" (Malta), "Nımme Kalyu" (Estoniya), "Elbasani" (Albaniya), "Kaernarfon Taun" (Uels), "Mondorf-les-Bayns" (Lüksemburq), "Petrovats" (Monteneqro). Xatırladaq ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsindəki qarşılaşmalar iyul ayının 9-da və 16-da keçiriləcək.
Mənbə
oxu.az