İdman

DÇ-2026: Fransa və Argentina mübarizəyə başlayırlar

16 Jun 2026, 09:00 16 baxış
DÇ-2026: Fransa və Argentina mübarizəyə başlayırlar
Futbol üzrə dünya çempionatının maraqla gözlənilən qrup matçları davam edir. Oxu.Az-ın məlumatına görə, qrup mərhələsinin ilk turu çərçivəsində azarkeşləri yaşıl meydanlarda daha bir neçə maraqlı qarşılaşma gözləyir. Günün ilk maraqlı dueli I qrupda yer alan Fransa və Seneqal yığmaları arasında baş tutacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. I qrupunda, həmçinin İraq millisi Norveçlə gücünü sınayacaq. Bu gərgin mübarizə iyunun 17-nə keçən gecə, saat 02:00-da start götürəcək. J qrupunda isə iyunun 17-si saat 05:00-da Argentina ilə Əlcəzair millisi, saat 08:00-da isə Avstriya ilə İordaniya millisi üz-üzə gələcəklər. Dünya çempionatı I tur 16 iyun I qrupu 23:00. Fransa - Seneqal 17 iyun 02:00. İraq - Norveç J qrupu 05:00. Argentina - Əlcəzair 08:00. Avstriya - İordaniya Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər