İdman
DÇ-2026: İran - Yeni Zelandiya matçında dörd qol
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli komandaları qarşılaşıblar. Oxu.Az xəbər verir ki, oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən matçın 7-ci dəqiqəsində Yeni Zelandiya yığmasının heyətində İlayca Cast hesabı açıb. İran millisinin futbolçusu Ramin Rezayan 32-ci dəqiqədə hesaba tarazlıq gətirib. İkinci hissədə də tərəflər hərəyə bir dəfə fərqləniblər. 55-ci dəqiqədə İlayca Cast dubla imza atıb. İranlı futbolçu Məhəmməd Moxebi isə 64-cü dəqiqədə cavab qolunu vurub.
Mənbə
oxu.az