İdman

İtaliya millisinin hücumçusunun evi qarət edildi

16 Jun 2026, 02:32 3 baxış
İtaliya millisinin hücumçusunun evi qarət edildi
"Fiorentina" futbol klubunun və İtaliya millisinin hücumçusu Moyze Kinin Florensiyadakı evi qarət edilib. Oxu.Az bu barədə "Corriere dello Sport" nəşrinə istindən xəbər verir. Naməlum şəxslər Kampo-di-Marte rayonunda yerləşən mənzilə binanın arxa tərəfindən daxil olaraq qol saatları və zərgərlik məmulatlarını oğurlayıblar. İlkin məlumata görə, dəymiş ziyanın məbləği 300 min avro dəyərində qiymətləndirilir. Qeyd olunur ki, cinayətkarlar peşəkarcasına hərəkət ediblər və qiymətli əşyaların yerini dəqiq biliblər. İstintaq hadisənin əvvəlcədən planlaşdırılmış qarət olması versiyasını nəzərdən keçirir. Cinayət baş verən zaman Kin İtaliydan kənarda olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər