İdman

“Turan Tovuz” avrokuboka buraxılmadı - Yekun qərar

16 Jun 2026, 00:30 2 baxış
“Turan Tovuz” avrokuboka buraxılmadı - Yekun qərar

İdman Arbitraj Məhkəməsi (CAS) “Turan Tovuz”un müraciəti ilə bağlı qərarını açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.


Qurum UEFA Apelyasiya Orqanının klub haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb. 15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazanan “Turan Tovuz” UEFA Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcək.


Beləliklə, bu qərardan sonra 2026/27 mövsümündə “Neftçi” Azərbaycanı UEFA Konfrans Liqasının 2-ci, “Zirə” isə 1-ci mərhələsində təmsil edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər