İdman

DÇ-2026-da hakim irqçilikdə ittiham olunur

15 Jun 2026, 20:12 1 baxış
DÇ-2026-da hakim irqçilikdə ittiham olunur
FIFA 2026-cı il dünya çempionatının qrup mərhələsində Almaniya və Kürasao yığmaları arasında keçirilən oyundan əvvəl avstraliyalı hakim Şon Evans tərəfindən irqçi jestin nümayiş etdirilməsi ehtimalı ilə bağlı araşdırmaya başlayacaq. Oxu.Az bu barədə "The Telegraph" nəşrinə istinadən xəbər verir. Matç iyunun 14-də baş tutub və Almaniya millisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb. Evans bu oyunda videoassistent (VAR) qismində çıxış edib. Oyundan əvvəl canlı yayımda VAR otağındakı hakimlər nümayiş etdirilib və bu zaman Evans neonasistlərin "National-Socialism/White Power" hərəkatı ilə əlaqələndirilən tərsinə çevrilmiş "OK" jestinə bənzər bir hərəkət göstərib.
Mənbə oxu.az

Oxşar Xəbərlər