İdman

İspaniyalı futbolçu səkkiz il müddətinə həbs olundu

15 Jun 2026, 20:48 1 baxış
İspaniyalı futbolçu səkkiz il müddətinə həbs olundu
İspaniyanın "Elçe" futbol klubunun hücumçusu Rafa Mir cinsi zorakılıq və bədən xəsarəti yetirmə cinayətinə görə 8.5 il müddətinə həbs cəzasına məhkum edilib. Oxu.Az bu barədə "Marca" nəşrinə istinadən xəbər verir. 28 yaşlı Mir cinsi zorakılığa görə 7 il, bədən xəsarəti yetirməyə görə isə 18 ay həbs cəzası alıb. Ona, həmçinin 10 il müddətinə zərərçəkən şəxsə 500 metrdən yaxın məsafədə yaxınlaşmaq qadağan edilib. Bundan əlavə, Mir zərərçəkən şəxsə 64 min avro (təxminən 74 350 dollar) məbləğində təzminat ödəməlidir. Xatırladaq ki, Mir "Sevilya"dan "Elçe"yə icarəyə verilib. Futbolçu ötən mövsümdə İspaniya çempionatında 27 oyun keçirib və səkkiz qol vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər