İdman

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

15 Jun 2026, 18:22 2 baxış
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokuna start verilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Reytinq xarakterli yarışın ilk günündə Azərbaycan millisinin iki idmançısı rinqə çıxıb. 50 kq çəki dərəcəsində çıxış edən Sübhan Mamedov 1/8 final çərçivəsində hindistanlı Rişi Sinql ilə üz-üzə gəlib. Üç raundu da xeyrinə başa vuran dünya çempionumuz yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Mamedov növbəti döyüşündə ilk mərhələdən azad olan Asilbek Calilovla (Özbəkistan) qarşılaşacaq. Görüş iyunun 19-da olacaq. Məhəmmədəli Aşırəliyev (60 kq) də debütdə qələbə qazanıb. O, Yakub Krzpeitini (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edib. Boksçumuz 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Bu görüş isə iyunun 17-də baş tutacaq. Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokuna səkkiz boksçu ilə yollanıb.
{{gallery}}
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
Mənbə oxu.az

Oxşar Xəbərlər