İdman
U-19 millimizin rəqibləri müəyyənləşib
Futbol üzrə kişilərdən ibarət U-19 millimizin rəqibləri müəyyənləşib. Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027-ci illər mövsümü üzrə II seçmə mərhələsinin püşkü atılıb. Püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. B Liqasının 1-ci qrupunda yer alan U-19 Serbiya, Monteneqro və Farer adaları yığmaları ilə mübarizə aparacaq. Qrup mərhələsinin oyunları 11-17 noyabr aralığında Serbiyada keçiriləcək.
Mənbə
oxu.az