İdman

DÇ-2026: İsveç-Tunis oyununda darmadağın

15 Jun 2026, 08:22 2 baxış
DÇ-2026: İsveç-Tunis oyununda darmadağın
Futbol üzrə 2026-cı il dünya çempionatında F qrupunun növbəti oyunu keçirilib. Oxu.Az xəbər verir ki, qarşılaşmada İsveç və Tunis milliləri üz-üzə gəliblər. Matçda hesab yeddinci dəqiqədə (Y.Ayari) açılıb. 30-cu dəqiqədə fərqi artıran A.İsaka 43-cü dəqiqədə O.Rekik cavab verib. İlk hissə 2-1 hesabı ilə yekunlaşıb. İkinci hissənin əvvəlində Viktor Qyökereş hesab arasındakı fərqi artırıb. 84-cü dəqiqədə M.Svanberg, qarşılaşmanın əsas vaxtına əlavə edilmiş altıncı dəqiqədə isə Y.Ayarinin vurduğu ikinci top yekun hesabı müəyyən edib - 5:1. Qeyd edək ki, bu qrupun ilk matçında Niderlandla Yaponiya 2:2 hesablı heç-heçə etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər