İdman

Mundialda ilk turun növbəti matçları: İspaniya və Belçika döyüşə atılırlar

15 Jun 2026, 08:00 3 baxış
Mundialda ilk turun növbəti matçları: İspaniya və Belçika döyüşə atılırlar
Futbol üzrə dünya çempionatının qrup matçları davam edir. Oxu.Az-ın məlumatına görə, qrup mərhələsinin ilk turu çərçivəsində azarkeşləri yaşıl meydanlarda daha bir neçə maraqlı qarşılaşma gözləyir. Günün ilk maraqlı dueli H qrupunda yer alan İspaniya və Kabo-Verde yığmaları arasında baş tutacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. H qrupunda, həmçinin Səudiyyə Ərəbistanı millisi Uruqvayla gücünü sınayacaq ki, bu gərgin mübarizə də iyunun 16-ı gecə saat 02:00-da start götürəcək. G qrupunda isə bu gün saat 23:00-da Belçika və Misir milliləri, iyunun 16-na keçən gecə saat 05:00-da isə İran və Yeni Zelandiya milliləri üz-üzə gələcəklər. Dünya çempionatı I tur 15 iyun H qrupu 20:00. İspaniya - Kabo-Verde 16 iyun 02:00. Səudiyyə Ərəbistanı - Uruqvay 15 iyun G qrupu 23:00. Belçika - Misir 16 iyun 05:00. İran - Yeni Zelandiya. Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər