İdman
Meksikalı rəsmi dünya çempionatında irqçi jestə görə işdən çıxarılıb
Meksikadakı sahə təşkilatlarından birinin rəhbəri Ulises Bernal 2026-cı il dünya çempionatının oyunu zamanı nümayiş etdirdiyi irqçi jestə görə vəzifəsindən uzaqlaşdırılıb. Oxu.Az "New York Post"a istinadən xəbər verir ki, hadisə Qvadalaxarada Çexiya və Cənubi Koreya yığmaları arasında keçirilən matç zamanı baş verib. Cənubi koreyalı bloqer Yun Su Cin komandasının qələbəsinə reaksiyaları videoya çəkərkən Bernal onun arxasında dayanaraq gözlərini qıyıq formada göstərib və gülüb. Bundan sonra Bernal işindən uzaqlaşdırılıb. Qeyd edək ki, Meksikanın Sapopan şəhərində keçirilən görüş Cənubi Koreyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir.
Mənbə
oxu.az