İdman
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə qalib birinci oldu
Özbəkistanda təşkil olunan "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır. Oxu.Az xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub. Yeddi turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Cahongir Vahidovla mübarizə aparacaq. M.Muradlı nəticədən asılı olmayaraq yarışda birinci pilləni qoruyacaq.
Mənbə
oxu.az