Digər

Meksikada silahlı hücum: 10 nəfər öldürüldü

17 May 2026, 23:00 7 baxış
Meksikada silahlı hücum: 10 nəfər öldürüldü

Meksikanın Puebla ştatında silahlı hücum nəticəsində biri uşaq olmaqla 10 nəfər öldürülüb.


Axar.az "Röyters"ə istinadən xəbər verir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.


"Teuitsinqo bələdiyyəsində silahlı şəxslərin hücumunun qurbanları altı kişi, üç qadın və bir uşaq olub", - qurumdan dəqiqləşdiriblər.


Dövlət və federal qüvvələr cinayətkarların axtarışı üzrə əməliyyata başlayıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər