Digər
Polşa “tarixi amneziyadan” əziyyət çəkir - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşaya “tarixi amneziya diaqnozu” qoyub.
Axar.az xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında yazıb.
Zaxarovanın sözlərinə görə, Varşavada hesab edirlər ki, Polşa ordusu Berlini alıb, Sovet ordusu isə ona ancaq kömək edib:
"Tarixi yaddaşsızlıqdan əziyyət çəkənlərdən fərqli olaraq, Sovet və Polşa əsgərlərinin qələbəyə çiyin-çiyinə necə getdiklərini xatırlayırıq. Rusiyada faşistlərə qarşı vuruşmuş polşalı qəhrəmanların abidələri diqqətlə qorunur. Amma Polşada sovet əsgərlərinin bütün abidələri sökülüb.
Beləliklə, ölkə indi Reyxin paytaxtının yeganə fəthçisi roluna iddia edir".
Mənbə
axar.az