Dünya
Hansı gecə vərdişi daha tez yuxuya getməyə kömək edir? - Mütəxəssisdən AÇIQLAMA
Neyrobioloq Laura Boyarskayte hansı axşam vərdişinin daha tez yuxuya getməyə kömək etdiyini açıqlayıb. Oxu.Az bildirir ki, bu barədə o, "Real Simple" portalına müsahibəsində danışıb. Laura Boyarskayte daha yaxşı yatmaq üçün axşamlar kitab oxumağı tövsiyə edib. "Əgər sakit bir kitab oxumağa başınız qarışsa, o zaman beyninizdə gərgin söhbətləri təkrarlamaq, sabahkı tapşırıqlar haqqında düşünmək və ya diqqətinizi telefona yönəltmək ehtimalınız azalacaq", - deyə mütəxəssis izah edib. Eyni zamanda qeyd olunub ki, oxumaq öz-özlüyündə yuxu gətirmir, sadəcə insana yatmağa imkan verməyən amillərdən fikrini yayındırmağa kömək edir. Laura Boyarskayte yatmazdan əvvəl oxumaq üçün gərgin süjeti olmayan kitablar seçməyi tövsiyə edib. Onun fikrincə, ideal axşam qiraəti diqqəti cəlb edəcək qədər maraqlı olmalı, eyni zamanda sinir sistemini gərginləşdirəcək dərəcədə həyəcanverici olmamalıdır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər