Digər

İmran Xan Ərdoğanın xahişi ilə azadlığa çıxıb?

19 Aug 2026, 01:35 2 baxış
İmran Xan Ərdoğanın xahişi ilə azadlığa çıxıb?

Xəbər verdiyimiz kimi, Pakistan Ali Məhkəməsi ölkənin sabiq baş naziri İmran Xanın yaxın günlərdə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar çıxarıb. Bunun fonunda sosial şəbəkələrdə İmran Xanın həbsxanadan azad edildiyi haqda da məlumatlar paylaşılıb. Sosial şəbəkələrin Türkiyə seqmentində isə onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistan hakimiyyətindən israrlı xahişi ilə azadlığa buraxıldığına dair xəbərlər dolaşır.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatlar yayıldıqdan sonra xəbərin doğru olmadığına dair iddialar səsləndirilməyə başlanıb.


Belə ki, sosial şəbəkələrdə paylaşılan məlumatların rəy bölməsində xəbərin doğru olmadığı, həqiqəti əks etdirmədiyi və İmran Xanın azadlığa buraxılmadığı bildirilib.


Qeyd edək ki, “Anadolu” agentliyi də məsələni araşdırıb və məlumatların həqiqəti əks etdirmədiyi üzə çıxıb.


Məlumat üçün bildirək ki, İmran Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistanın baş naziri vəzifəsini icra edib. O, parlamentdə etimadsızlıq səsverməsindən sonra 10 aprel 2022-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. İmran Xan 2023-cü ildən bəri korrupsiya ittihamları ilə 14 illik həbs cəzası çəkir. Həyat yoldaşı Büşra Bibi də eyni ittihamlarla yeddi illik həbs cəzası alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər