Dünya

BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı

19 Aug 2026, 02:14 2 baxış
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırdığını elan edib. Oxu.Az bu barədə RBC-yə istinadən xəbər verir. "İranla bütün ticarət, kommersiya və maliyyə əməliyyatları dayandırılıb", - deyə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir. BƏƏ XİN-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Afraa əl-Hamli bu qərarın "regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən eskalasiya" ilə əlaqədar qəbul edildiyini açıqlayıb. Məlumata görə, bundan əvvəl BƏƏ Müdafiə Nazirliyi İran ərazisindən iki raketin buraxıldığını bildirmişdi. Raketlərdən biri ölkənin ərazi sularından kənara, digəri isə ərazi sularına düşüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər