Dünya

Tunisdə xəzinə axtarışı faciə ilə bitdi: Üç gənc yeraltı tunellərdə öldü

19 Aug 2026, 04:02 2 baxış
Tunisdə xəzinə axtarışı faciə ilə bitdi: Üç gənc yeraltı tunellərdə öldü
Tunisin şimal-şərqində yerləşən Qayruan vilayətində qədim artefaktlar və xəzinələr axtararkən yeraltı tunellərdə qalan üç nəfər ölüb. Oxu.Az xəbər verir ki, bu barədə "Sabra FM" radiosu məlumat yayıb. Məlumata görə, axtarış-xilasetmə əməliyyatı avqustun 17-də axşam saatlarında Şərarda rayonunda yerli sakinlərin üç gəncin itkin düşməsi barədə məlumat verməsindən sonra başlayıb. Axtarışlar zamanı xilasedicilər itkin düşənlərdən birinin motosikletini aşkar ediblər və bu, yeraltı tunellərə aparan quyunun yerini müəyyən etməyə imkan verib. Radiostansiyanın məlumatına görə, gənclər avqustun 16-na keçən gecə həmin quyuya düşüblər. Quyu təxminən səkkiz metr dərinlikdə yerləşən dar tunellərə aparır. Ölüm səbəbi hələ müəyyən edilməyib. Versiyalardan birinə görə, gənclər torpaq uçqunu nəticəsində, digərinə görə isə qazıntılar zamanı istifadə olunan avadanlıqdan qaz sızması səbəbindən boğularaq ölə bilərlər. Cəsədlərin axtarılması və çıxarılması üzrə əməliyyat avqustun 18-i səhər saatlarınadək davam edib. Qayruan Şimali Afrikada İslam sivilizasiyasının ən qədim mərkəzlərindən biridir. Şəhər 670-ci ildə salınıb və beş əsr ərzində Məğribdə ərəb-müsəlman mədəniyyətinin yayılmasının əsas mərkəzlərindən biri olub. Çoxsaylı arxeoloji abidələrin qorunub saxlandığı bölgənin zəngin tarixi irsi onilliklərdir ki, təkcə tədqiqatçıları deyil, həm də guya gizlədilmiş xəzinələri qanunsuz şəkildə axtaran asan qazanc həvəskarlarını cəlb edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər