Digər
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
Rusiya ilə Ukrayna arasında münaqişənin təmas xətti boyunca dondurulması Moskva üçün qəbuledilməzdir.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Bizim mövqeyimizi bilirsiniz, bu, belə bir ehtimalı istisna edir”, – Uşakov xarici ölkələrin Rusiya-Ukrayna müharibəsinin təmas xətti boyunca dondurulması təklifi ilə bağlı sualı cavablandırarkən deyib.
Uşakov həmçinin qeyd edib ki, diplomatiya həmişə sakit şəkildə aparılır:
“Əgər nəsə yüksək səslə müzakirə olunursa, bu artıq diplomatiya deyil, görünür, ictimai bəyanatlardır”.
Mənbə
axar.az