Şou biznes

289 nəfərin öldüyü zəlzələdən sonra Şakiradan mühüm ADDIM

19 Aug 2026, 03:31 3 baxış
289 nəfərin öldüyü zəlzələdən sonra Şakiradan mühüm ADDIM
Kolumbiyalı müğənni Şakira öz vətənində zəlzələdən ən çox zərər çəkmiş bölgələrdə yeni məktəblər inşa edəcək. Oxu.Az-ın məlumatına görə, bu barədə "El Tiempo" qəzeti xəbər yayıb. Məşhur ifaçı Çoko departamentinin Kibdo şəhərinə gələrək dağılmış təhsil müəssisələrinə baş çəkib və yerli məktəblilərlə görüşüb. Bununla yanaşı, Şakira Çoko Texnologiya Universitetinin bərpasına da sərmayə qoymaq niyyətindədir. Bu layihə üçün vəsait Şakiranın "Pies Descalzos" fondu tərəfindən ayrılacaq. Sözügedən təşkilat amerikalı xeyriyyəçi Hovard Baffetlə birlikdə zərərçəkənlərə yardım göstərəcək. Son məlumatlara əsasən, avqustun 10-da baş vermiş yeraltı təkanlar nəticəsində 289 nəfər həyatını itirib, 4 187 nəfər yaralanıb, 142 nəfər isə itkin düşmüş hesab olunur. Təbii fəlakət zamanı 26 945 ev dağılıb, 127 557 evə isə ziyan dəyib. Kolumbiyaya kömək məqsədilə ABŞ, Ekvador və İsraildən 138 xarici xilasedici gəlib. Qeyd edək ki, 7,4 maqnitudalı zəlzələ avqustun 10-da Kolumbiyanın qərbindəki Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər