Digər
İranın addımına qarşı Fransadan cavab
İki iranlı diplomat yaxın günlərdə Fransadan çıxarılacaq.
Axar.az xəbər verir ki, bu barədə Fransanın avropa və xarici işlər naziri Jan-Noel Barro X sosial media hesabında məlumat yayıb.
O bildirib ki, bu addım İranda eyni sayda fransız diplomata qarşı törədilən hadisəyə cavab olaraq atılacaq.
Qeyd edək ki, Fransanın İrandakı səfirliyinin iki əməkdaşı iyulun 19-da Tehranda saxlanılıb. İran hakimiyyəti onların axtarışda olan bir neçə şəxslə görüşdə iştirak etdiyini və qısa müddətdə sorğu-sual edildiklərini bildirib.
Mənbə
axar.az