Digər
ABŞ İranın təklifinə cavab verdi - Arakçı
ABŞ İranın münaqişənin həlli təklifinə Pakistan vasitəsilə cavab verib və Tehran bunu öyrənir.
Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
"Amerikalılar İranın 14 maddəlik planına cavabı Pakistan tərəfinə ötürüblər və biz hazırda onu nəzərdən keçiririk", - deyə Arakçı bildirib.
Mənbə
axar.az