Vəziyyət kritik həddədir: müharibə başlayır - Prezident
Polşa Prezidenti Karol Navrotski ölkənin daxili strukturunun vəziyyəti ilə bağlı xəbərdarlıq edib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, Konstitusiya Günündə çıxışı zamanı danışıb.
Ölkə başçısı mövcud siyasi mübarizənin normal rəqabətdən kənara çıxdığını və dövlətin mövcudluğunun təməllərini aşmağa başladığını bildirib.
“Ölkədə vəziyyət kritik həddə çatıb. Vətəndaş müharibəsi başlaya bilər. Bizim Litva ilə sıx əlaqələrimiz var. Əminəm ki, Polşa-Litva Birliyindəki bugünkü problemlər artıq sadəcə siyasi problemlər deyil, sistemin fundamental problemləridir”, – deyə Karol Navrotski vurğulayıb.
O, cəmiyyətdəki düşmənçiliyin dönüşü olmayan bir nöqtəyə çatdığını əlavə edib:
“Qarşıdurma artıq parlament tribunaları ilə məhdudlaşmır, ailələrə nüfuz edir və sosial əlaqələri korlayır, milli birliyi təhdid edir”.
Prezident, xüsusilə neytral qalmalı olan qurumların bu işə qarışmasından narahat olduğunu qeyd edib.