ABŞ hərbi təyyarələrini bu əraziyə toplayır - İrana hücum olacaq?
Yaxın Şərqdə ABŞ hərbi helikopterləri və təyyarələrinin sayı artıb.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Military Chronicle” Teleqram kanalı peyk görüntülərinə istinadən məlumat yayıb.
“Dubay yaxınlığındakı Əl-Minhad Hava Bazasında hərbi təyyarələr müşahidə olunub. Əl-Minhad ABŞ ordusunun BƏƏ-də uçuşları üçün əsas istiqamətlərdən birinə çevrilib”, – deyə yazılıb.
Ekspertlər Əl-Minhadın uzun uçuş-enmə zolaqları və inkişaf etmiş logistika imkanları sayəsində ABŞ-ın İrana potensial quru hücumu üçün bir başlanğıc meydançası ola biləcəyini irəli sürüblər.
Bundan əvvəl Avstraliyanın Yaxın Şərqə 90 nəfərlik Xüsusi Hava Xidməti bölməsi göndərdiyi bəlli olmuşdu.
Qeyd olunmuşdu ki, xüsusi qüvvələr Əl-Minhad Hava Bazasında yerləşdirilib.