Digər
BƏƏ-nin neft nəhəngi 200 milyardlıq sərmayə vəd etdi
BƏƏ-nin neft nəhəngi ADNOC 2028-ci ilə qədər yeni layihələrə 55 milyard dollar sərmayə qoyacağını vəd edib.
Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Əbu-Dabinin Milli Neft Şirkəti, BƏƏ-nin rəsmi olaraq OPEK-dən çıxmasından bir neçə gün sonra, növbəti iki il ərzində on milyardlarla dollar xərcləməyi öhdəsinə götürdüyünü açıqlayıb:
“Bu gün ADNOC şirkəti 2026–2028-ci illər dövrü üçün ümumi dəyəri 200 milyard BƏƏ dirhəmi (55 milyard ABŞ dolları) olan layihələr üzrə yeni müqavilələr bağlayaraq, böyüməsini sürətləndirdiyini və strategiyasının icrasını gücləndirdiyini təsdiqlədi”.
Mənbə
axar.az