İdman
Almaniyada avtomobil yarışı zamanı 66 yaşlı pilot həlak oldu
Almaniyada keçirilən NLS4 seriyası üzrə dörd saatlıq avtomobil yarışı zamanı baş verən qəza nəticəsində 66 yaşlı finlandiyalı pilot Yuha Miettinen həyatını itirib. Oxu.Az "Motorsport"a istinadən xəbər verir ki, yarış zamanı yeddi avtomobil iştirakı ilə qəza baş verib, onlardan biri maneəyə çırpılıb.
Qeyd olunur ki, xəsarət alan pilotlardan biri bel və boyun nahiyəsindən xəsarətlərlə helikopterlə xəstəxanaya çatdırılıb. Məhz onun Finlandiya təmsilçisi olduğu ehtimal edilir. Yarışda, həmçinin "Formula-1" üzrə dördqat dünya çempionu Maks Ferstappen də iştirak edib.

Mənbə
oxu.az