İdman

İtaliya A Seriyası: "Napoli" çempionluq mübarizəsində vacib xallar itirdi - VİDEO

18 Apr 2026, 22:28 1 baxış
İtaliya A Seriyası: "Napoli" çempionluq mübarizəsində vacib xallar itirdi - VİDEO
İtaliya A Seriyasının 33-cü turunda "Napoli" klubu "Latsio"nu qəbul edib. Oxu.Az xəbər verir ki, "Dieqo Armando Maradona" stadionunda keçirilən görüş 0:2 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.
Matçda hesabı 6-cı dəqiqədə Matteo Kançellyeri açıb. 57-ci dəqiqədə Toma Başiç yekun hesabı müəyyənləşdirib. Bu nəticədən sonra "Napoli" 66 xalla ikinci, "Latsio" 47 xalla doqquzuncu yerdə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər