İdman

"Karvan-Yevlax"dan ardıcıl ikinci qələbə

18 Apr 2026, 18:22 1 baxış
"Karvan-Yevlax"dan ardıcıl ikinci qələbə

Misli Premyer Liqasında növbəti turun daha bir qarşılaşması baş tutub.


Axar.az xəbər verir ki, “Karvan-Yevlax” öz meydanında "Şamaxı"nı qəbul edib.


Ötən tur "Kəpəz"ə qalib gələn (4:1) meydan sahibləri bu dəfə rəqibini minimal hesabla üstələyib - 1:0.


Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran "Karvan-Yevlax" sonuncu - 12-ci pillədə qərarlaşıb. "Şamaxı" 32 xalla 7-ci sıradadır.


Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.

Mənbə axar.az

Oxşar Xəbərlər