İdman
Gözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku - FOTO
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, artıq 13-cü dəfədir ki, Azərbaycanda baş tutan yarışa 42 ölkədən ən istedadlı gimnastlar toplaşıblar. Bu kuboku digərlərindən fərqləndirən əsas məqam onun Los-Anceles 2028 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır. Yarış zamanı gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayacaqlar. Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası, ənənəyə uyğun olaraq, "AGF Trophy" mükafatına layiq görüləcək.
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az