İdman

Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Foto

18 Apr 2026, 11:43 1 baxış
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Foto

Azərbaycan Respublikasının elm və təhsil naziri, "Neftçi"nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial şəbəkə hesablarında yeni paylaşım edib.


Axar.az Qol.az-a istinadla xəbər verir ki, dövlət rəsmisi paytaxt təmsilçisinin loqosunu paylaşıb.


E.Əmrullayevin ötən gün Misli Premyer Liqasının 28-ci turunda "Zirə" ilə matçda (1:1) baş verən qalmaqaldan sonra belə addm atması xüsusilə diqqət çəkib.


Qeyd edək ki, görüşdəki hadisə matçın 90+4-cü dəqiqəsində "Zirə"nin futbolçusu Brahim Konatenin bərabərlik qolundan sonra baş verib. “Neftçi” tərəfi qolun qaydalardan kənar vurulduğunu iddia edib.

Mənbə axar.az

Oxşar Xəbərlər