İdman

Dünya çempionatının biletləri niyə bahadır? - FIFA prezidenti danışdı

18 Apr 2026, 06:16 1 baxış
Dünya çempionatının biletləri niyə bahadır? - FIFA prezidenti danışdı
"2026-cı il dünya çempionatının biletlərinin baha olması FIFA-nın yalnız turnir dövründə qazanc əldə edə bilməsi ilə bağlıdır". Oxu.Az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, bunu Canni İnfantino bəyan edib. "FIFA-nın əsas və hələ də yeganə gəlir mənbəyi dünya çempionatıdır. Biz gəliri bir ay ərzində formalaşdırırıq, növbəti dünya çempionatına qədər qalan 47 ay ərzində isə bu vəsaiti xərcləyirik", - deyə o qeyd edib. Xatırladaq ki, bu il FIFA dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər