İdman
Türkiyə Superliqası: "Fənərbağça" öz meydanında sürpriz nəticəyə imza atdı
Türkiyə Superliqasının 30-cu turu çərçivəsində "Fənərbağça" evdə "Çaykur Rizespor"u qəbul edib. Oxu.Az xəbər verir ki, görüş qollu heç-heçə ilə yekunlaşıb - 2:2. İstanbul təmsilçisi 90+8-ci dəqiqədə buraxdığı qolla vacib iki xal itirib. Bu nəticə ilə "Fənərbağça" xal ehtiyatını 67-yə yüksəldib və turnir cədvəlində ikinci pillədə qərarlaşıb. 29 oyun keçirmiş "Qalatasaray" 68 xalla liderliyini davam etdirir. Eyni sayda matç keçirmiş "Trabzonspor" 64 xalla 3-cü yerdədir.
Mənbə
oxu.az