İdman

FIFA prezidentindən AÇIQLAMA: "DÇ-2026-da planetin ən böyük şousu olacaq"

17 Apr 2026, 13:50 1 baxış
FIFA prezidentindən AÇIQLAMA: "DÇ-2026-da planetin ən böyük şousu olacaq"
FIFA prezidenti Canni İnfantino ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı ilə bağlı diqqətçəkən açıqlama verib. Oxu.Az xəbər verir ki, onun sözlərinə görə, turnirin tarixində ilk dəfə olaraq final matçının fasiləsində xüsusi şou proqramı təşkil ediləcək. "Tarixdə ilk dəfə iyulun 19-da Nyu-Cersidə keçiriləcək dünya çempionatının finalının fasiləsində şou olacaq. Hazırda kimlərin çıxış edəcəyini açıqlaya bilmərəm, lakin bir neçə sənətçi səhnə alacaq. Bu, planetin ən böyük şousu olacaq. Sözün əsl mənasında fantastika", - deyə FIFA rəhbəri vurğulayıb. Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər