İdman
ABŞ-da erməni idmançını təyyarədən qovdular - Video
ABŞ-da keçirilən “Real American Freestyle” turnirində iştirak etmək üçün Filadelfiyaya uçan erməni MMA döyüşçüsü Arman Çarukyan təyyarədən endirilib.
Axar.az xəbər verir ki, bu barədə jurnalist Adam Zubayrayev özünün X səhifəsində yazıb.
“Arman Çarukyan və iki dostu telefona baxdıqları üçün Los-Anceles-Filadelfiya reysilə uçan “American Airlines” şirkətinin təyyarəsindən çıxarılıblar. Tamamilə ağılsızlıqdır”, - Zubayrayev yazıb.
Qeyd edək ki, aprelin 19-da Filadelfiyada keçiriləcək turnirdə Çarukyan amerikalı döyüşçü Yuray Feyberlə döyüşəcək.
Mənbə
axar.az