İdman

İtaliya nəhəngi Uğurcan Çakırı heyyətinə qatmaq istəyir

16 Apr 2026, 16:24 1 baxış
İtaliya nəhəngi Uğurcan Çakırı heyyətinə qatmaq istəyir
Ötən yay "Trabzonspor"dan "Qalatasaray"a transfer olunan Uğurcan Çakır cari mövsümdə Çempionlar Liqasındakı unudulmaz qurtarışları ilə Avropa nəhənglərinin diqqət mərkəzinə düşməyi bacarıb. Oxu.Az xəbər verir ki, İtaliya futbolunun nəhənglərindən olan "İnter" Uğurcan Çakırın transferi üçün hərəkətə keçib. Çərçivəni 37 yaşlı təcrübəli qolkiper Yann Sommerin əvəzinə məhz türk ulduza əmanət etmək istəyən Milan təmsilçisinin qarşıdan gələn yay aylarında "sarı-qırmızılar"ın qapısını rəsmi transfer təklifi ilə döyəcəyi planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər