İdman

Kriştianu Ronaldunun "Əl-İttifaq"la matçda halı pisləşib - FOTO - VİDEO

16 Apr 2026, 16:36 1 baxış
Kriştianu Ronaldunun "Əl-İttifaq"la matçda halı pisləşib - FOTO - VİDEO
Səudiyyə Ərəbistanı çempionatının 29-cu turu çərçivəsində keçirilən "Əl-İttifaq"la qarşılaşma zamanı "Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun qəfildən halı pisləşib. Oxu.Az xəbər verir ki, bu barədə "Ən-Nəsr"in baş məşqçisi Xorxe Xesus "Record" qəzetinə verdiyi açıqlamada bildirib. Xorxe Xesus fasilə zamanı futbolçunun mədəsində problem yarandığını deyib: "Fasilə zamanı onun mədəsində problemlər yarandı. Lakin o, oyuna davam etmək üçün israr etdi. Matçdan sonra soyunub-geyinmə otağına qayıtdıqda isə qusdu".
Qeyd edək ki, 41 yaşlı Ronaldu matçda 89 dəqiqə ərzində meydanda mübarizə aparıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər