İdman

Nəriman Axundzadədən "Kolambus Kryu"da uğurlu debüt: İlk qolun açar ötürməsini etdi - VİDEO

16 Apr 2026, 09:32 1 baxış
Nəriman Axundzadədən "Kolambus Kryu"da uğurlu debüt: İlk qolun açar ötürməsini etdi - VİDEO
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" klubunun əsas heyətində ilk rəsmi matçına çıxıb. Oxu.Az xəbər verir ki, idmançımız ABŞ Açıq Kubokunun 1/32 final mərhələsi çərçivəsində "Riçmond Kikers"ə qarşı keçirilən qarşılaşmanı əvəzlənmədən sonadək meydanda keçirib. "Kolambus Kryu" bu görüşdə 3:0 hesablı inamlı qələbəyə sevinib. Matçın gedişatında Nəriman Axundzadə hesabı açan ilk qolun açar ötürməsini edib. Belə ki, həmyerlimiz ilə Marselo Erreranın birgə təşkil etdiyi təhlükəli hücum epizodu sonda Qyuqu Pikarın dəqiq zərbəsi ilə nəticələnib. Qeyd edək ki, "Kolambus Kryu" bu qələbə sayəsində ABŞ Açıq Kubokunda 1/16 finala yüksəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər