İdman

Mbappe Çempionlar Liqasında rekord qırdı

16 Apr 2026, 01:16 1 baxış
Mbappe Çempionlar Liqasında rekord qırdı
Kilian Mbappe Çempionlar Liqasında (ÇL) səfər qolları üzrə rekord müəyyənləşdirib. Oxu.Az BBC-yə istinadən xəbər verir ki, "Real Madrid"in hücumçusu ÇL-nin 1/4 final mərhələsi çərçivəsində "Bavariya" ilə cavab görüşündə (4:3) fərqlənməklə bu nailiyyətə imza atıb. İndi fransalının aktivində cari ÇL mövsümündə səfər meydanlarında 10 qol var. Bu, turnirin (Avropa Çempionlar Kuboku da daxil olmaqla) rekordudur. Ümumilikdə Mbappenin bu mövsüm ÇL-də 15 qolu var.
Mənbə oxu.az

Oxşar Xəbərlər