İdman
UEFA Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda yeddi qol vuruldu
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin son oyunları keçirilib. Oxu.Az xəbər verir ki, gecənin mərkəzi qarşılaşması "Bavariya" və "Real Madrid" komandaları arasında baş tutub. İlk oyunda səfərdə "Real Madrid"i üstələyən (1:2) Almaniya təmsilçisi evdə də rəqibindən güclü olub - 4:3. İki matçın nəticəsinə (6:4) əsasən, münhenlilər yarımfinala yüksəliblər. "Bavariya" yarımfinalda PSJ ilə qarşılaşacaq. Digər görüşdə isə "Arsenal" evdə "Sportinq"i qəbul edib. İlk görüşdə səfərdə rəqibinə 0:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi doğma meydanda "Sportinq"lə qolsuz heç-heçə edib - 0:0. "Arsenal" iki görüşün nəticəsinə (1:0) əsasən, adını 1/2 final mərhələsinə yazdırıb. "Arsenal" bu mərhələdə "Atletiko Madrid" ilə üz-üzə gələcək.
Mənbə
oxu.az