İdman
Derbidə zədələnən Asensio matçı buraxacaq: "Fənərbağça"da son vəziyyət
"Beşiktaş"la oynanılan derbidə zədələnərək oyuna davam edə bilməyən "Fənərbağça"nın futbolçusu Marko Asensionun "Çaykur Rizəspor"la qarşılaşmada da forma geyinəcəyi gözlənilmir. Oxu.Az xəbər verir ki, təcrübəli futbolçunun müalicəsi hələ də davam edir. Digər tərəfdən, bir müddətdir yaşıl meydanlardan uzaq qalan İsmayıl Yüksek artıq komanda ilə birlikdə məşqlərə qatılıb. Aktiv istirahət prosesi keçən Milan Şkrinyar isə xüsusi proqram çərçivəsində fərdi olaraq meydan çalışmalarını davam etdirib. Qeyd edək ki, "Fənərbağça" Türkiyə Superliqasının 30-cu həftəsində cümə günü öz meydanında "Çaykur Rizəspor"u qəbul edəcək.
Mənbə
oxu.az