İdman

"Beşiktaş" İngiltərə Premyer Liqasından qapıçı transfer edir - FOTO

14 Apr 2026, 18:30 1 baxış
"Beşiktaş" İngiltərə Premyer Liqasından qapıçı transfer edir - FOTO
İngiltərənin "Vulverhempton" klubunun təcrübəli qapıçısı Joze Sa karyerasında yeni səhifə açaraq Türkiyə Superliqasına yollanmağa hazırlaşır. Oxu.Az-ın məlumatına görə, "Beşiktaş" portuqaliyalı qolkiperi öz rənglərinə bağlamaq üçün hərəkətə keçib. Artıq İstanbul nəhəngi ulduz futbolçu ilə şəxsi müqavilənin detalları üzrə ilkin razılıq əldə edib. İndi isə "qara qartallar" 33 yaşlı qapıçının transferini rəsmiləşdirmək məqsədilə İngiltərə təmsilçisi ilə həlledici danışıqlara start verəcəklər. Xatırladaq ki, "Vulverhempton" Joze Sanı 2021-ci ilin yay transfer pəncərəsində Yunanıstanın "Olimpiakos" klubundan 8 milyon avro müqabilində heyətinə qatıb. Portuqaliya yığmasının da şərəfini qoruyan qolkiper cari mövsümdə Premyer Liqa klubunun forması ilə çıxdığı 21 rəsmi qarşılaşmada qapısında ümumilikdə 38 top görüb.
"Beşiktaş" İngiltərə Premyer Liqasından qapıçı transfer edir - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər