İdman
"Bavariya" ilə cavab matçı ərəfəsində "Real Madrid"in heyətində itki - FOTO
"Real Madrid" klubu həlledici oyun ərəfəsində ciddi heyət itkisi ilə üzləşib. Oxu.Az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Raul Asensio gözlənilmədən sıradan çıxıb. Oyunçunun heyətdən kənarda qalmasına səhhətində qəflətən yaranan problem səbəb olub. Belə ki, idmançıda ağır ishal halı qeydə alınıb. Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutacaq cavab oyunu sabah keçiriləcək, futbol azarkeşlərinin maraqla gözlədiyi bu görüş saat 23:00-da başlayacaq. Tərəflər arasında oynanılan ilk qarşılaşmada Münhen klubu 2:1 hesablı qələbə qazanmışdı.
Mənbə
oxu.az