İdman
Qanada avtobusa silahlı hücum: 20 yaşlı futbolçu HƏLAK OLDU
Qananın "Çelsi" futbol klubunun gənc hücumçusu Dominik Frimponq komandanın avtobusuna edilən silahlı basqın nəticəsində həlak olub. Oxu.Az xəbər verir ki, məlumatı Qana Futbol Assosiasiyasının mətbuat xidməti təsdiqləyib. Qeyd edilib ki, silahlı hücum ölkə çempionatı çərçivəsində "Samarteks" klubu ilə keçirilən səfər matçından (0:1) geri dönərkən baş verib. Qeyd edək ki, həyatını itirən Frimponqun cəmi 20 yaşı var idi. O, cari mövsümdə meydana çıxdığı 13 görüşdə rəqib qapılarından iki qol keçirməyi bacarmışdı.
Mənbə
oxu.az
Oxşar Xəbərlər