İdman

Aleksandr Oveçkin karyerasını bitirir? - Özündən açıqlama

13 Apr 2026, 13:32 1 baxış
Aleksandr Oveçkin karyerasını bitirir? - Özündən açıqlama
"Vaşinqton Kepitalz"ın ulduz hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasında (NHL) "Pittsburq Pinqvinz" üzərində qazanılan inamlı qələbədən (3:0) sonra karyerasının gələcəyi ilə bağlı yayılan suallara aydınlıq gətirib. Oxu.Az "Championat" nəşrinə istinadən xəbər verir ki, məşhur idmançı bunun NHL-dəki sonuncu ev oyunu olub-olmaması barədə sualı cavablandırıb. "Biz hazırda pley-offa vəsiqə qazanmaq uğrunda mübarizə aparırıq. Mən sabah və ya bir həftə sonra nələrin baş verəcəyi barədə düşünmürəm. Biz sadəcə olaraq bütün diqqətimizi oyuna cəmləməliyik", - deyə Oveçkin qeyd edib. Xatırladaq ki, paytaxt klubunun kapitanı olan rusiyalı forvard Aleksandr Oveçkinin NHL-dəki gələcək karyerası ətrafında qeyri-müəyyənlik davam edir. Bugünkü gərgin matç ərzində isə tribunalardakı azarkeşlər Aleksandrı daha bir mövsüm komandada qalmağa səsləyən davamlı şüarlar səsləndiriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər