İdman
Ağ Evdə tarixi UFC gecəsi: Trampın xahişi yerinə yetiriləcək
ABŞ Prezidenti Donald Trampın xahişi ilə Ağ Evdə keçiriləcək UFC turnirinin proqramı yeddi döyüşə qədər genişləndirilib. Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bunu promouşenin rəhbəri Deyna Uayt bildirib. Onun sözlərinə görə, siyahıya Derrik Luislə Coş Hokit arasında döyüş əlavə olunub. Hokit bazar gününə keçən gecə Mayamidə keçirilən turnirdə hakimlərin qərarı ilə Körtis Bleydsi məğlub edib. Bleyds və Hokit birlikdə 354 dəqiq zərbə endirərək ağır çəkidə üç raundlu döyüşlər üzrə UFC rekordunu müəyyənləşdiriblər. Deyna Uayt mətbuat konfransında bildirib ki, Tramp ondan Luisin niyə Ağ Ev turnirində iştirak etmədiyini soruşub. "Bir kənara çəkilib Derrik Luisə zəng etdim və dedim: "Derrik, prezident indicə soruşdu ki, niyə sən siyahıda yoxsan. Ağ Evdə döyüşmək istəyirsən?" O cavab verdi: "Əlbəttə", - deyə Uayt bildirib. 41 yaşlı Luis MMA-da 29 qələbə, 13 məğlubiyyətə malikdir, daha bir döyüşü baş tutmamış sayılıb. 28 yaşlı Hokit isə 9 döyüşün hamısında qalib gəlib, bunlardan üçü UFC çərçivəsində olub. Ağ Evdə turnir iyunun 14-də, Trampın 80 illik yubiley günündə keçiriləcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər