İdman

“Qəbələ” evində “İmişli”yə məğlub oldu

12 Apr 2026, 17:53 1 baxış
“Qəbələ” evində “İmişli”yə məğlub oldu

Azərbaycan Premyer Liqasının XXVII turunda “Qəbələ” və “İmişli” komandaları üz-üzə gəlib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə yeganə qolu 45-ci dəqiqədə Dieqo Rollo vurub.


Bu nəticədən sonra Jorj Kaşkilyanın komandası 26 xalla turnir cədvəlinin 9-cu, Kaxaber Tsxadadzenin kollektivi isə 19 xalla 11-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, günün növbəti matçında “Turan Tovuz” və “Sumqayıt” komandaları üz-üzə gələcək. Tovuz şəhər stadionunda baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər